“Aygünlə Brilliantın savaşına pis oluram“

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova qalmaqalına münasibət bildirən növbəti sənətçi Rəqsanə İsmayılova olub.

Müğənni Facebook səhifəsində tərəflərin barışmasını istəyib:

"Əzizlərim, bu gün şou-biznesdə olanlara baxıb, pis oluram. Mən də bu aləmdəyəm. Başıma gəlməyən hadisə qalmadı. Düşünürəm ki, insana ailəsindən başqa dəstək olan bir kimsə yoxdur. Ancaq yazırlar. Amma düşünən olmur ki, niyə belə oldu? Içimizdə olan dərdi bilən yoxdur. O cümlədən xalq artistlərimiz Aygün Kazımova və Brilliant Dadaşovanın savaşına pis oluram. Bəlkə elə qaranlıq məsələlər var ki, biz bilmirik. Amma hər iki sənətçimizə böyük hörmətim var. Aygün xanımın da bir balası var, Brilliant xanımın da. Onlar balaları və sevənləri üçün daim lazımdırlar. İçimizdə bir şeytan olur hər zaman. Etmək istəmədiyimiz hər hərəkəti belə bizə etdirir. Hər ikisinə həyatda uğurlar arzu edirəm. İnşallah, tezliklə hər şey yoluna düşsün və söz-söhbətə son qoyulsun".

AzNews.az