“Qismət” qrupu klip hazırlığında

Toylar kralı, xalq artisti Səməd Səmədovun təşəbbüsü ilə ərsəyə gələn və 3 gəncdən ibarət olan "Qismət" vokal qrupu "Ay gözəl" mahnısını ekranlaşdırmaq fikrindədirlər.

Qeyd edək k, "Qismət" xalq və bəstəkar mahnılarından ibarət disk üzərində də çalışır. Hələlik mahnılar lentə yazılır. Ramazan ayında həm yeni diskin və həm də yeni klipin möhtəşəm təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Bahar Rüstəmli
AzNews.az