Aygün Kazımovanın qardaşının məhkəməsi başlayıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Aygün Kazımovanın dələduzluqda təqsirləndirilən qardaşı, "Əsgəroğlu-K" MMC-nin direktoru Kazım Kazımov, şirkətin direktoru müavini Etibar Əkbərov, satış meneceri Yaqub Kiyasov və mühasib Olqa Valentinanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatna görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.

Bakı şəhərində tikinti işləri ilə məşğul olan Kazım Kazımov və Yaqub Niyazov vətəndaşlara külli miqdarda ziyan vurmaqda, bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətməkdə ittiham olunur.

AzNews.az