Xalq artisti həmkarlarının cavabını verdi Xalq artisti həmkarlarının cavabını verdi

““Facebook“da gizlənənlərdən deyiləm“- Faiq Ağayev

Xalq artisti həmkarlarının cavabını verdi



Xalq artisti Faiq Ağayev Space telekanalının "Plus-Minus" verilişində onun ünvanına atmaca atan müğənnilərə qarşı münasibətini bildirib.

Ağayev hesab edir ki, əgər sən öndəsənsə, sənin arxanca danışacaq, haqqında şayiə yayacaq və sənə quyu qazacaqlar.

"Artıq buna öyrəşmişəm, - müğənni kinayə ilə bildirib. - Boş söhbətlərə heç vaxt reaksiya vermirəm. Əgər o adamın mərdliyi varsa, gəlib birbaşa üzümə hər şeyi deyə bilər. Əgər son vaxtlar sosial şəbəkələrdə mənim statuslarımı izləmisinizsə, görə bilərsiniz ki, mənim sözlərim konkret şəxsə ünvanlanıb. Mən Facebook-dakı profilinin arxasında gizlənənlərdən deyiləm. Heç vaxt boş sözlər demirəm". (milli.az)

AzNews.az