İlhamə Quliyeva mükafatdan imtina etdi

Xalq artisti İlhamə Quliyeva ötən gün baş tutan "Qrand 2012" mükafatlandırma mərasimində hamını təəccübləndirib.


Axşam.az-ın məlumatına görə, o, öz mükafatından imtina edib.

Belə ki, xalq artisti mükafatını mətbuat katibi Faiq Ələkbərliyə bağışlayıb:

"Evimdə düz 9 "Qrand" mükafatı var. Bu da onuncudur. Ona görə də istəyirəm bu mükafatı on ildir yanımda olan, bütün əziyyətimi çəkən Faiqə verim".

AzNews.az