- Köhnə - Şou-biznes
- 16 İyun 2013 07:09
- 1 672
Mətanət İsgəndərlidən hər kəsə xəbərdarlıq
Axşam.az-ın məlumatına görə, müğənni "ATV maqazin" verilişinə açıqlamasında sənətçilərə ismarıc göndərib:
"Mahnının əziyyətini çəkən mən, oxuyan onlar. Get oxu, amma mənim aranjimanımdan niyə istifadə edirsən? Əziyyət çək, pul tök sənin əməyini başqası mənimsəsin. İmkan verin, özüm dadını çıxarım. Tədbirdə görürəm ki, müğənni gözümün içinə baxa-baxa mahnımı oxuyur. Heç demir ki, Mətanət xanım, sizin mahnıdır halal edin. Heç bir həmkarım məndən inciməsin. Getsinlər pul töküb mahnını təzədən yazdırsınlar".
Mətanət İsgəndərli arıqlamağından da danışıb:
"Arıqlamaq istəyirəm. Bu işdə mənə dietoloqum kömək edir. Amma bəzən pəhrizi pozuram. Ona görə də gərək məni həmişə nəzarətdə saxlasın".
AzNews.az