Safura Əlizadə nişanlısı ilə birgə - Foto

Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evliliyə hazırlaşan Azərbaycanın "Eurovision-2010" təmsilçisi Safura Əlizadənin sosial şəbəkələrdə maraqlı fotoları yayılıb.


"Qafqazinfo" xəbər verir ki, prodüser Tolik özünün rəsmi instagram səhifəsində Safura Alizadənin nazir oğlu ilə mərasimlərdən birindən çəkilən fotosunu paylaşıb və ona xoşbəxtlik arzu edib: "Xoşbəxt olun, qoy sizin ürəyiniz hər zaman sevgi ilə dolu olsun".

Safura Əlizadə də öz növbəsində Tolikə təşəkkürünü bildirib.

Bu günlərdə isə Safura özünün instagram səhifəsində nişan üzüklərinin şəklini paylaşıb.

AzNews.az
image description image description image description image description