Tanınmış bəstəkar qardaşı arvadından əl çəkmir

Müğənni Musa Musayev və Təranə Qumral qalmaqalı hələ də səngimək bilmir. Cütlük bu gün ANS TV-də yayımlanan "Günə Baxan" verlişində qonaq olub və aralarındakı məhkəməninin bitdiyini açıqlayıblar.

Müğənni Cabbar Musayev isə AzNews.az-a açıqlamasında baş verənlərə görə təəsüf hissi keçirdiyini dedi: "Bu gün Təranə ilə Musa "ANS"-də qonaq idi. Onlar olmazın böhtanlar danışıb, yalanlarını məcburən millətə sırıdılar. Təranə dedi ki, bu məsələ ilə bağlı gedən məhkəmə başa çatdı. Bir jurnalist demədi ki, axı Cabbar Musayev mətbuata Bakı Apeliyasiya Məhkəməsinə müraciət edəcəyini bəyan edib. Dəhşətdir. Mənə o verilişdən dəvət gəlmədi. Gəlsəydi də getməzdim. Onlar üçün şou lazımdır ki, verilişləri baxımlı olsun. Mənsə səviyyəmi qoruyan adamam. Yaşayarıq, görərik".

Bahar Rüstəmli
AzNews.az