Nazpəri Dostəliyeva fanatına toy edir

Xalq artisti Nazpəri Dostəliyeva öz fanatı, bəstəkar-müğənni Arif Səlimova toy edir.

AzNews.az-a daxil olan məlumata görə, toy mərasimi bu gün paytaxtın şadlıq saraylarından birində keçiriləcək.

Qeyd edək ki, A.Səlimov 16 ildir Nazpəri Dostəliyevanın fanatıdır.
Toyun bütün xərcini öz üzərinə götürən Xalq artisti toya həm də sürprizlərlə qatılacaq.

Toyda Nazpəri Dostəliyeva ilə yanaşı bir sıra tanınmış müğənnilər də iştirak edəcək.

Bahar
AzNews.az