“Cavana heç nə olmayıb” – Həyat yoldaşı


"Cavan Zeynallının sağlıq durumu yerindədir. Heç nə olmayıb".


Bunu AzNews.az –a əməkdar artist Cavan Zeynallının həyat yoldaşı Roya Zeynallı deyib.

Onun sözlərinə görə, C.Zeynallının işləri həddindən artıq çoxdur:

"Cavanın o qədər işi var ki, bilmir hansının arxasınca getsin.

Amma o işləri ilə bağlı mətbuata açıqlama vermək istəmir. Müsahibə verməmək xəstələnməkdir?" Qeyd edək ki, mətbuatda əməkdar artist C.Zeynallının səhhətinin pisləşdiyi barədə xəbər yayılıb.

Bahar Rüstəmli
AzNews.az