İlin ən çox qazanan məşhur cütlükləri - Fotolar

"Forbes" jurnalı ilin ən çox qazanan cütlüklərinin adını açıqlayıb. Siyahıya amerikalı müğənni Beyonce və yoldaşı Jay-Z rəhbərlik edir. "Forbes"-in açıqlamasına görə Beyonce 40 milyon dollarlıq sponsor sözləşməsi və albom satışlarına görə ərindən daha çox qazanır.

Jay-z isə "Watch the Throne" albomundan təxminən 39 milyon dollar qazanıb. Siyahının ikincisi model Gisele Bundchen ve amerikalı futbolçu Tom Brandidir.

Onların illik gəliri 72 milyon dollar olub. David və Victoria Beckham cütlüyü 54 milyon dolarlıq gəlirlər ilə üçüncü, Brad Pitt və Angelina Jolie cütlüyü 45 milyon dolarlıq gəlirləri ilə isə dördüncü yerdədirlər.


Səadət Abbaslı

AzNews.az

image description image description image description