- Köhnə - Şou-biznes
- 24 Fevral 2014 20:38
- 6 263
Nura Suri “Briliantlar”ını təqdim etdi
Şou və media əhlini başına toplayan ifaçı təəssüratlarını "Qafqazinfo" ilə bölüşüb:
"Bəstəkar Murad Arifdən aldığım "Brilliantlar" mahnısına Gürcüstanın paytaxtı Tbilisidə klip çəkdirdim. Klipdə bir çox məşhur Hollivud filmlərindən fragmentlər yer alıb. Merilin Monro (Centlemen Prefer Blondes), Audrey Hepburn (Breakfast at Tiffanys), Ketrin Zetta Cons (Entrapment movie) və Faye Dunaway (Bonnie and Clyde) obrazlarını canlandırmışam. Klipin sonunda isə öz obrazıma evdar qadına çevrilmişəm. Biz daima sevdiyimiz aktrisanın filmlərdəki sevgilisi kimi kişi arzulayırıq. Lakin həyatda elə kişilər heç vaxt qarşımıza çıxmır. Klipdə tərəf müqabilim Gürcüstanın sevilən aktyoru Zuradır. O, Azırbaycanı çox sevir və hətta Qarabağ filmində də çəkilib. İlk dəfə işinə bu cür məsuliyyətlə yanaşan rejissorla çalışırdım. O cür soyuq hava şəraitində imkanı olduğu halda belə heç bir məqamı loru dilində desək yola vermədi. Hətta mən belə bəzi hallarda yorulub dayanırdım. Ancaq rejissor bütün detallara olduqca həssas və diqqətlə yanaşırdı. Onun komandası peşəkar olduğu qədər mənim də komandam bu işin öhtəsindən layiqincə gəldi. Birgə yola düşdüyüm adamlar sırasında Nigar İbrahimova, Sama Rəsulova və Zahid Baydarova var idi. Hər kəsə təşəkkürümü bildirirəm".
Təqdimat mərasimində müğənnilər Sevda Yahyayeva,Sevinc Ağaşirinova, Günay İbrahimli, Hacı Nazim, Elnarə Xəlilova, Abbas Bağırov, Ceyla, aparıcılar İlkin Həsəni, Şəhriyar Əbilov, dj-lər Çina, Kazım Sübhan və başqaları iştirak edib.
AzNews.az