Ərdoğan azərbaycanlı müğənnilərə nə təklif edib?

Ötən gün Bakıda müğənni Sevda Yəhyayeva və DJ Çinayla eyni səhnəni bölüşən Türkiyənin tanınmış DJ-i Ərdi Ərdoğanın yeni işləri Azərbaycanla bağlıdır. Bu barədə AzNews.az-a DJ özü danışıb.

Ə.Ərdoğan Bakıda verdiyi konsert proqramıyla çıxışı buradakı dostlarının sayəsində baş tutduğunu deyib: "Təşkilatçı Samir Xattabla tanışam. Ümumiyyətlə, Azərbaycana ikinci dəfədir gəlirəm və burada çox yaxşı dostlarım var. Onların sayəsində Bakıda konsert proqramıyla çıxış etdim".

DJ yeni işlərinin azərbaycanlı müğənniləriylə bağlı olduğunu söyləyib: "Bakıda olduğum müddət ərzində müğənnilər Sevda Yəhyayeva və Mehin Hümbətovayla daha yaxından tanış oldum. Sevdayla yeni iş birliyim "O zaman" mahnısı olacaq. Mahnını yeni aranjimanda hazırlayıb, Sevadaya hədiyyə edəcəyəm.
Mehin yanvar ayında İstanbula gələcək və orada işimiz haqqında ətraflı danışacağıq. O iş birliyini özüm təklif etmişəm. Onunla "R&B" və "House" musiqi janrda olan mahnıları səsləndirəcəyik".

Fuad Mədətov
AzNews.az