Samir Bağırovun intihar xəbəri yalan oldu

"Samir Bağırov çox yaxşıdır. Yaradıcılıq işləri ilə məşğul olur. Onun haqqında yayılan məlumatlar yalandır".

Bunu AzNews.az-a müğənni Samir Bağırovun yaxın dostu, tanınmış stilist Samir Əliyev deyib. O, bildirib ki, müğənninin intihara cəhd etməsi haqqında yazılan xəbərlər doğru deyil. S.Əliyev onu da qeyd edib ki, son vaxtlar Samir Bağırov haqqında yayılan məlumatlar bilərəkdən mətbuat səhifələrinə çıxarılır. O, bunun sifarişli olmasından şübhələndiyini deyib.

Qeyd edək ki, bu gün səhər müğənni Samir Bağırovun intihara cəhd etməsi xəbəri yayılıb. Guya, müğənni həyatda baş verən hadisələrə dözməyərək, normadan artıq dərman ataraq həyatına son vermək istəyib. S.Bağırovun intihar etmək istədiyini bilən dostunun onu xəstəxanaya çatdırması və müğənninin hazırda həkim nəzarətində olduğu söylənilir.

Fuad Mədətov
AzNews.az