Rəqqasə Aytən solo konsert verəcək

Rəqqasə Aytən restoranlardan birində solo konsert proqramı ilə çıxış edəcək.

AzNews.az xəbər verir ki, konsertdə Aytənin ilk dəfə olaraq 20 dəqiqəlik bir rəqs proqramının olacağı gözlənilir. Bu rəqsin Türkiyənin İdobay şirkətində məhz Aytən üçün hazırlandığı deyilir.
Rəqqasə əməkdaşımıza bildirib ki, bu konsertə Azərbaycanın sevilən və arzulanan sənət adamları dəvət olunub: "Konsertə Xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artist Almaz Ələsgərli, Aslan Hüseynov da dəvət olunub. Nazpəri xanımın sənətini və insanlığını çox sevirəm. İstədim ki, o da gözəl ifaları ilə konsertə bir rəng qatsın".

AzNews.az