Almaniyada Novruz şənliyinə qatılan azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur “Kanal Avropa Duisburg” televiziyasında yayımlanan “Ersoy show” verilişində iştirak etməyiblər. Almaniyada Novruz şənliyinə qatılan azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur “Kanal Avropa Duisburg” televiziyasında yayımlanan “Ersoy show” verilişində iştirak etməyiblər.

Azərbaycanlı müğənnilər biabır oldular – Natəvandan açıqlama

Almaniyada Novruz şənliyinə qatılan azərbaycanlı müğənnilər Natəvan Həbibi, Səidə Sultan və Elnur “Kanal Avropa Duisburg” televiziyasında yayımlanan “Ersoy show” verilişində iştirak etməyiblər.




Bu olay Azərbaycan mediasında böyük əks-səda doğurub. Verilişin hazırlanmasında əsas məqsəd Bakıda keçiriləcək ilk Avropa oyunları ərəfəsində Azərbaycanı Avropada daha da geniş şəkildə tanıtmaq, təbliğ etmək olub.

Natəvan Həbibinin köməkçisi AzNews.az-a müğənninin adı çəkilən verilişə qatılmamasının səbəblərini açıqlayıb.

Onun sözlərinə görə, Natəvan Həbibi ilə Səidə Sultan Azərbaycandan Almaniyaya eyni təyyarədə gediblər: "Birbaşa uçuş olmadığından onlar 2-3 reys dəyişiblər. Həmin vaxt isə veriliş canlı yayımlanıb. Onlar elə bu üzdən studiyaya gedə bilməyiblər. Elnurun isə o verilişə niyə qatılmamasının səbəblərini bilmirik. Ümumiyyətlə, mediada səslənib ki, guya həmin veriliş ilk Avropa oyunları ilə bağlı olub. Bu isə kökündən yanlışdır".

Ancaq AzNews.az-ın araşdırmasına görə məlum olub ki, "Ersoy show" verilişi Novruz şənliyindən sonra baş tutub. Natəvan Həbibinin köməkçisi isə bunun əksini deyir. Guya həmin veriliş müğənnilər təyyarədə olarkən canlı yayımlanıb.
Mövzuya yenidən qayıdacağıq.

Bahar Rüstəmli
AzNews.az