Erotik filmə çəkilən aktyor: “O qadını evinə kimi güddüm”

“Bozun əlli çaları” filmində canlandırdığı Kristian Grey obrazı ilə məşhurlaşan Cemi Dornan yeni filmə çəkilir.

AzNews.az verir ki, yeni film "The Fall" adlanır. Rolu ilə bağlı "Los Angeles Times" qəzetinə müsahibə verən Dornan "Canlandırdığınız obraza necə hazırlaşırsınız?" sualına maraqlı cavab verib: "Obrazı öncə real həyatda yaşayıram, sonra isə canlandırıram".

"Bir gün qatardan düşən bir qadının arxasınca getdim. Birini izləyərkən hansı hisslər keçirirlər, bunu öyrənməyə çalışırdım. Mənzil başına çatana kimi onu izlədim. Bir az uzaqda gizlənərək onu güddüm. Həyəcanlı bir şey idi. Təbii ki, bunu etməməliydim. Bununla qürur duymuram, amma bir insanı güdərkən keçirilən hissləri özüm yaşamaq istəyirdim",- deyə aktyor vurğulayıb.

Aktyorun bu fikirləri sosial mediada uzun müzakirələrə səbəb olub.

Qeyd edək ki, Cemi Dornan "The Fall" filmində qatil obrazını canlandırır.