“35 yaş həyatımda unudulmayan rəqəm olacaq” – İradə İbrahimova

Azərbaycan müğənni İradə İbrahimovanın bu gün 35 yaşı tamam olur.
Hazırda Türkiyədə olan sənətçi ad günü ilə bağlı fikirlərini AzNews.az-la bölüşüb.

İradə İbrahimova bildirib ki, ad gününü bu gün axşam ailəsi ilə birgə qeyd edəcək:
"Növbəti gün yaxın dotlarla bir araya gələcəyik. Uşaqkən böyüməyə tələsirik. Yaş artıqca isə kədərlənirik. Çox zaman gənclik, cavanlıq geridə qalır, deyə düşünürük. Amma insan yaşa dolduqca daha da müdrikləşir, həyata fərqli gözlə baxır. Hər yaşda insan nəyisə öyrənir. Ən əsası geriyə boylananda peşiman olmadan irəliyə doğru addımlaya bilməyimizdir".

Müğənni doğum günlərində təmtəraqdan uzaq durduğunu da gizlətməyib:
"Sakit gün keçirmək istəmişəm. Nə qədər dost, ailə təpkiləri olsa da, inadımdan dönməmişəm. Lakin bu yaşımda bir az fərqli düşünürəm. Ətrafımda çoxlu insanların olmasını və sevincimi onlarla bölüşməyi istəyirəm. 35 yaşımda elə dəyərli bir hədiyyə almışam ki, onu inşallah yaxın zamanlarda açıqlayacam. 35 yaş həyatımda bu səbəbdən unudulmayan rəqəm olacaq".

Bahar RÜSTƏMLİ