Şakira Bakıya gəldi

Məşhur müğənni Şakira ötən gecə Bakıya gəldi. Şakira şənbə günü 13 oktyabr FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin bağlanışında çıxış edəcək. Day.az-ın məlumatına görə, məşhur müğənni bazar günü özünün "Bakı Kristal Zal"ındakı konserti zamanı möhtəşəm şou nümayiş etdirəcəyini vəd edir. Bu barədə o, özünün Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində bildirib."Oktyabrın 13-14-də Bakıdakı çıxışımı səbirsizliklə gözləyirəm. Çox tezliklə görüşərik", - Şakira yazır.

AzNews.az