Niyaməddin Musayevdən yeni duet

Teleaparıcı və müğənni Vüsalə Rəcova xalq artisti Niyaməddin Musayevlə yeni duet oxuyacaq.


Vüsalə Rəcova AzNews.az-a bildirib ki, Niyaməddin Musayev ona sənətində dəstək olan sənətkarlardandır.

"Sənətkarlarımızın hər biri bir məktəbdir, onlardan sağlığında bəhrələnməliyik", - deyə Vüsalə xanım duetin yaxın günlərdə hazır olacağını vurğulayıb.

Qeyd edək ki, Vüsalə Rəcovanın yaxın aylarda yeni mahnılardan ibarət albomu da işıq üzü görəcək.

AzNews.az