“Müğənnilərin aparıcı olmasına da düzgün baxmıram” “Müğənnilərin aparıcı olmasına da düzgün baxmıram”

Teleaparıcı: “Müğənni Elnarə öz işi ilə məşğul deyil”

“Müğənnilərin aparıcı olmasına da düzgün baxmıram”



Teleaparıcı Səxavət Nur teleaparıcıların ailə məsələlərində yaşanan problemlərdən danışıb. AzNews.az-a açıqlamasında S.Nur bildirib ki, hər hansı şəxs televiziyada göründüsə, onun haqqında söz-söhbətlər çoxalır və nəticədə bu onun şəxsi həyatına təsir edir: "Nəyə görə televiziya aparıcıları gec ailə qururlar və ailələri də tez dağılır? Məhz bu msələlərə görə...".

S.Nur müğənnilərin aparıcılıq olmasına da toxunub. O, müğənnilərin yalnız öz işləriylə məşğul olmasını məqsədə uyğun hesab edir: "Müğənni, aktyor və aparıcı ayrı-ayrı sahələrdi. Müğənni hobbi deyil, ciddi sənətdir. Müğənni olan şəxs gərək, öz üzərində davamlı çalışsın. Bir əldə beş qarpız tutmaq düzgün deyil. Həmçinin, mənim oxumaq üçün istedadım olsa belə, hazırda vaxtım olmaz ki, ifaçılıq sənətilə məşğul olum. Aparıcıların aktyorluq fəaliyyətini, reklam çarxlarına çəkilməsini normal qəbul edirəm. Müğənnilərin aparıcı olmasına da düzgün baxmıram. Çünki bir işi tamamlamamış, digər sahəyə üz tutmaq sənətə ziyan gətirir".

Müğənni Elnarə Xəlilovanı nümunə göstərən teleparıcı onun yaradıcılıqdan uzaq düşdüyünü söyləyib: "Müğənni Elnarə Xəlilova yaxşı ifaçı olmaqla yanaşı, yaxşı da aparıcıdır. Əsas odur ki, o, fikrini düzgün çatdırmağı bilir, qonağıyla söhbət zamanı problem yaşamır. Tamaşaçı ondan bezmir. Amma Elnarə aparıcı olduğunu görə, müğənnilikdən uzaq düşür. Çünki yeni mahnılar üzərində çalışmağa vaxtı olmur".

Fuad Mədətov
AzNews.az