Tanınmış aparıcı Aytən Səfərova ANS telekanalından ATV-yə keçməsi səbəbi barədə şərh yazıb. Tanınmış aparıcı Aytən Səfərova ANS telekanalından ATV-yə keçməsi səbəbi barədə şərh yazıb.

Aytən Səfərova danışdı: “Mətanəti söymədim deyə...”

Tanınmış aparıcı Aytən Səfərova ANS telekanalından ATV-yə keçməsi səbəbi barədə şərh yazıb.


AzNews.az oxu.az-a istinadən xəbər verir ki, teleaparıcı belə qeyd edib:

"Bilirsiniz ki, mən efirdə Mətanəti (Mətanət Əliverdiyevanı nəzərdə tutur- red) söymədim, təhqir etmədim deyə, mənə nə boyda təpki oldu? Hamilə ikən orada nə boyda əsəb, gərginlik və stress yaşatdılar mənə (ANS rəhbərliyini nəzərdə tutur – red).

Bilmədiyiniz şeyləri heç vaxt deməyin. Mən pula görə ANS-dən getsəydim, 2009-cu ildən gedərdim".

Qeyd edək ki, may ayında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş yanğın zamanı "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanın efirdə dediyi "Bir külək idi, oldu keçdi" sözləri cəmiyyətdə birmənalı qarşılanmamışdı.

Bundan sonra ANS telekanalında 18 il çalışan, sonradan ATV-yə keçən Mətanət Əliverdiyevaya qarşı xoş olmayan süjet təqdim olunmuşdu.