Meyxanaçı Namiq Qaraçuxurlu bal ayına yollanır. Meyxanaçı Namiq Qaraçuxurlu bal ayına yollanır.

Namiq Qaraçuxurlu bal ayına yollanır

Meyxanaçı Namiq Qaraçuxurlu bal ayına yollanır.



Bu barədə AzNews.az-a onun prodüseri Rafael Abdullayev məlumat verib. Onun sözlərinə görə, N.Qaraçuxurlu bal ayı üçün məkan da seçib: "Namiq bal ayını isti ölkələrdən birini seçib. 20-30 gün qalacaqlar. Onun isti ölkələri seçməsinə səbəb bu yay istirahət edə bilməməsidir. Yaradıcılıq işi çox oldu, bir yandan da toy məsələsi. Elə etməliydik ki, heç kəs narazı getməsin". R.Abdullayev onu qeyd edib ki, N.Qaraçuxurlunun toyu yüksək səviyyədə keçib: "Faiq Ağayev, Ağadadaş Ağayev, İlqar Muradov, "Bozbaş"ın bütün kollektivi, "KVN", "Dostlar". "Qala" qrupu, aktyorlardan Anar Heybətov da toya dəvət olunanlar siyahısında idi. Bundan başqa İsraildən iş adamları dəvət olunmuşdu". Qeyd edək ki, N.Qaraçuxurlu oktyabrın 12-də özünə toy edərək subaylığa nöqtə qoyub.

Bahar RÜSTƏMLİ