Müğənni Nadir Qafarzadə "Alternativ TV"də yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib. Müğənni Nadir Qafarzadə "Alternativ TV"də yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.

Nadir ağladı: “Ailə dağıldı, özümü atılmış kimi hiss edirəm” (Video)

Müğənni Nadir Qafarzadə "Alternativ TV"də yayımlanan "Şou məkan" verilişinə maraqlı açıqlamalar verib.


AzNews.az xəbər verir ki, ifaçı bunları söyləyib: "Bir zamanlar mehriban yaşayan, 7 uşaqdan ibarət ailə dağıldı. Özümü atılmış, unudulmuş kimi hiss edirəm. Mən çox qohumbaz, qardaş-bacı sevən oğlanam. Zaman belə gətirdi, təəssüf ki. Bu klip məni uzaqlara apardı, düşündürdü, öldürdü. Kaş mən klipə baxmamış sizə müsahibə verərdim, çox ağırlaşdım".

Nadir bu açqılamaları yeni klipinin təqdimatında edib. Klipin təqdimatı 1 saylı psixoloji və nevroloji yaşayış müəssisəsində gerçəkləşib. Nadir Qafarzadə yeni klipini gözyaşları ilə izləyib.

Kameramızdan yayınmayan məqamlardan biri də, bir neçə vaxtdır küsülü olan rəqqasə Fatimə ilə Nadirin görüşü olub.

Küsülü həmkarların xoş olmayan münasibətinə rəqqasə Fatimə aydınlıq gətirib: "Heç nədən yaranıb bu vəziyyət. Bir-birimizə salam vermədiyimizə görə olub. Çünki biz bir yerdə əziyyət çəkmişik".