Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb. Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisin fevral ayının 12-də keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.


Parlamentin mətbuat katibi Akif Təvəkküloğlu bildirib ki, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

Onun sözlərinə görə, iclasda "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında" sənədə, "Azərbaycan Respublikası Prezidenti və Belarus Respublikası Prezidentinin birgə bəyannaməsinin təsdiq edilməsi haqqında" qanun layihəsinə, eləcə də "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" müqavilənin və onun proqramının təsdiq edilməsi barədə qanun layihəsinə baxılacaq.

Bundan başqa, iclasın gündəliyində "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər edilməsi və "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna əlavə edilən "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi barədə" qanun layihəsinə baxılması da daxil edilib. "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

Deputatlar eyni zamanda, "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsini birinci oxunuşda müzakirə edəcəklər.

Report.az