Artur Rasizadə hesabat verəcək

Azərbaycan Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti haqqında hesabat martın 15-də Milli Məclisdə dinləniləcək.


Parlamentdən verilən məlumata görə, həmin gün keçiriləcək plenar iclasda baş nazir Artur Rasızadə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.

Hesabatın bu həftənin sonuna kimi əvvəlcədən tanışlıq üçün Milli Məclisə təqdim olunaraq deputatlara paylanılması nəzərdə tutulub.

APA.az