Yəqin ki, sabiq kommunist Corc Sabra Suriyanın yeni prezidenti olacaq Yəqin ki, sabiq kommunist Corc Sabra Suriyanın yeni prezidenti olacaq

Suriya da “Müsəlman qardaşları“nın nəzarətinə keçdi

Yəqin ki, sabiq kommunist Corc Sabra Suriyanın yeni prezidenti olacaq



Sabiq kommunist Corc Sabra Suriya Müxalif Milli Şurasının rəhbəri seçilib. APA-nın məlumatına görə, Qətərin paytaxtı Doxada keçirilən toplantı zamanı 41 müxalifət liderindən 28-i xristian Corc Sabranın birləşmiş müxalifətin lideri seçilməsinə səs verib. O, bu postda Suriya kürd icmasının lideri Abdelbaset Sidi əvəzləyəcək.

Toplantıda radikal təşkilatının Suriya bölməsinin liderlərindən Məhəmməd Faruk Tayfur xristian Corc Sabranın müavini seçilib.

Suriya müxalifətinə xristian namizədin lider seçilməsini şərh edən Corc Sabra bildirib ki, bu qərarın qəbulu müxalifət liderlərinin konkret heç bir dinə bağlı olmadığını, əsas məqsədin Bəşər Əsəd rejiminə qarşı vahid strategiyanın olması olduğunu təsdiqləyir.

AzNews.az