Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcəkdir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcəkdir.

Elmar Məmmədyarov Çinə gedir

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcəkdir.


AzNews.az-ın məlumatına görə, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaqdır.

Həmçinin, səfər əsnasında nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.