Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb. Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.

Gözlənilən toplantı nəhayət baş tutdu – 6 saziş imzalandı

Ankarada Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası başlayıb.


AzNews.az xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafına dair məsələlərin müzakirə ediləcəyi gözlənilir. Bundan əlavə toplantıda Azərbaycan ilə strateji tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsinə yönəlik əməkdaşlıq imkanlarının dəyərləndiriləcəyi qeyd olunur. Toplantıdan sonra iki ölkə rəsmiləri arasında müqavilələrin imzalanması mərasimi keçiriləcək.

Qeyd edək ki, iclas başlamazdan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüşdə iki ölkə arasında münasibətlər, regional və beynəlxalq məsələlərlə yanaşı, Dağlıq Qarabağ regionunda baş verən son vəziyyət haqqında fikir mübadiləsi aparıldığı bildirilir.


***

Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının Protokolu"nu Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə dair Protokol"u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının şəxsi heyət üzrə rəisi, korpus generalı İlhan Talu imzalayıblar.

"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu imzalayıblar.

"Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.

"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"i Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Ala imzalayıblar.

"Azərbaycan hökuməti ilə Türkiyə hökuməti arasında texniki əməkdaşlıq haqqında Protokol"u Azərbaycan baş nazirinin müavini Abid Şərifov və Türkiyə baş nazirinin müavini Yalçın Akdoğan imzalayıblar.




Aydan AXUNDOVA