- Köhnə - Siyasət
- 17 Mart 2016 15:10
- 5 170
Prezident “NİDA”çı gəncləri əfv etdi – Rəşadət Axundov azadlıqda
Xəbər verdiyimiz kimi, bir neçə dəqiqə öncə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb.
AzNews.az xəbər verir ki, sərəncama əsasən, NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi Rəşadət Axundov azadlığa buraxılıb.
Xatırladaq ki, Rəşadət Axundov Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 6 may tarixli hökmü ilə məhkum edilib.
Əfv siyahısında digər NİDA-çı gənclərin - Rəşad Həsənov, Məmməd Əzizov və Ömər Məmmədovun da adı var.