“Bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib”. “Bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib”.

Zakir Həsənov: “Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə təmin edilib”

“Bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib”.


AzNews.az xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident İlham Əliyevin Tərtər rayonunda "N" saylı hərbi hissədə şəxsi heyətlə görüşü zamanı deyib.

Nazir bütün şəxsi heyət adından Silahlı Qüvvələrə yüksək qayğı göstərdiyinə görə, Cənab Ali Baş Komandana dərin minnətdarlığını bildirib:

"Cənab Ali Baş Komandan, Sizin diqqət və qayğınız nəticəsində bu gün Silahlı Qüvvələr silah və texnika ilə tam şəkildə, yüksək səviyyədə təmin edilib, sosial məsələlər həll olunub. Göstərilən qayğını, etimadı doğrultmaq üçün şəxsi heyət daim döyüş hazırlığı səviyyəsini yüksəldir və möhkəmlənir.

Möhtərəm cənab Prezident, Sizi əmin edirəm ki, Silahlı Qüvvələrin şəxsi heyəti bütün əmrlərinizi qısa müddətdə yerinə yetirməyə hazırdır və qadirdir".