Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini təcili görüşə çağırıblar. Rusiya Federasiyasının səfiri İqor Popov, ABŞ səfiri Ceyms Uorlik və Fransa səfiri Pyer Andryu görüşü gələn həftə Vyanada keçirməyə hazır olduqlarını bildiriblər. Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini təcili görüşə çağırıblar. Rusiya Federasiyasının səfiri İqor Popov, ABŞ səfiri Ceyms Uorlik və Fransa səfiri Pyer Andryu görüşü gələn həftə Vyanada keçirməyə hazır olduqlarını bildiriblər.

Prezidentlərin Vyana görüşündən - Gözləntilər

Xəbər verdiyimiz kimi, ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etmək üçün Azərbaycan və Ermənistan prezidentlərini təcili görüşə çağırıblar. Rusiya Federasiyasının səfiri İqor Popov, ABŞ səfiri Ceyms Uorlik və Fransa səfiri Pyer Andryu görüşü gələn həftə Vyanada keçirməyə hazır olduqlarını bildiriblər.


Bəs, Azərbaycan bu görüşdə nə tələb etməlidir?

Politoloq Qabil Hüseynli AzNews.az-a açıqlamasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ideyasının müsbət addım olduğunu deyib: "Görüşə kimi mütləq xarici işlər nazirlərinin bir araya gəlməsinə ehtiyac var və ortaya bir sənəd çıxarılmalıdır və hansı məsələlərin razılaşdırılması həmin sənəddə öz əksini tapmalıdır. Çünki Azərbaycan birmənalı olaraq 7 rayonun boşaldılmasını tələb edir. Dağlıq Qarabağın statusunun müəyyən edilməsini isə sonrakı mərhələyə saxlamağı təklif edir. Tərəflər bu məsələlərdə razılaşacaqlarsa, buna müsbət baxmaq olar. Zənnimcə Azərbaycan tərəfi bu məsələni sürətli dəyərləndirmir. Bunun üçün həmsədrlər Azərbaycan siyasi rəhbərini qane edəcək təkliflərdə bulunmalıdır. Proses hələki başlanğıc mərhələsindədir. Ona görə də prezidentlərin görüşü haqqında birmənalı fikir söyləmək çətindir".

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, Azərbaycan və Ermənistan prezidentlərinin gələn həftə Vyanada planlaşdırılan görüşündə yalnız bir mövzunun müzakirəsi tələb olunmalıdır: "Ermənistan ilkin şərt irəli sürmədən Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağa hazırdır, ya yox? Əks halda Vyanadakı görüşünün əhəmiyyəti yoxdur və dövlət başçısı İlham Əliyevin sözləri ilə desək bu imitasiya xatirinə görüş olacaq. Belə görüşlər bizi geri sala bilər. Çünki, 22 ildə aparılan məhz bu cür görüşlər Dağlıq Qarabağ və ətraf rayonların işğal altında qalmasına, status-kvonun qorunmasına şərait yaradıb. Elə bu görüşü təşkil edən Minsk Qrupu həmsədrlərinin də məqsədi münaqişəni həll etmək yox, tərəfləri atəşkəsə riayət etməyə çağırmaqdır. İşğal davam etdikcə bu çağırış əvvəlkitək Ermənistanın xeyrinə işləyəcək".

Bahar RÜSTƏMLİ
AzNews.az