Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib. Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.

İlham Əliyev Fransa və Misir prezidentlərinə başsağlığı verdi

Prezident İlham Əliyev Fransa Prezidenti Fransua Ollanda başsağlığı verib.


AzNews.az xəbər verir ki, Başsağlığında deyilir:

"Parisdən Qahirəyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həmvətənlərinizin həlak olması xəbərini kədər hissi ilə qarşıladım.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".


Dövlət başçısı Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə də başsağlığı məktubu ünvanlayıb:

""EgyptAir" şirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".