Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tamamilə yerinə yetirilənədək qüvvədə olacaq. Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tamamilə yerinə yetirilənədək qüvvədə olacaq.

Rusiyaya qarşı sanksiyalar uzadıla bilər - G7-dən yekun bəyannamə

Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmaları tamamilə yerinə yetirilənədək qüvvədə olacaq.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Yaponiyada keçirilən G7 sammitinin yekunlarına dair birgə bəyannamədə deyilir.

"Rusiya götürdüyü öhdəlikləri tamamilə yerinə yetirdikdən sonra sanksiyalar ləğv edilə bilər. Bununla yanaşı, əgər Rusiyanın fəaliyyəti gələcək məhdudlaşdırıcı tədbirlər tələb edərsə, biz bunu tətbiq etməyə hazırıq", -deyə bəyannamədə bildirilir.

Buna baxmayaraq sənəddə vurğulanır ki, "yeddilik" liderləri Ukraynadakı böhranın nizama salınması üçün rəsmi Moskva ilə dialoqun saxlanılmasının vacibliyini təsdiqləyiblər.

Qeyd edək ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının müddəti iyulun 31-də başa çatır. Müddətin uzadılması məsələsi sammitdə iyunun 28-29-da müzakirə olunacaq.

Xatırladaq ki, "Böyük Yeddiliyin" növbəti sammiti ötən gün Yaponiyada açılıb. Danışıqlarda ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya federal kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İtaliyanın Baş naziri Matteo Renzi və Kanada Baş naziri Castin Tryudo iştirak edirlər.

Aydan AXUNDOVA