Azərbaycan 2013-cü ildə müharibəyə başlayacaq - İDDİA

"Azərbaycan 2013-cü ildə Qarabağda hərbi əməliyyatlara başlayacaq". Bu barədə məlumatı Amerikada yayımlanan WNWI radiosu yayıb.

Radionun məlumatına görə, hazırda Azərbaycan Qarabağda aparılacaq hərbi əməliyyatların strategiyası və planını hazırlayır: "Azərbaycan tərəfinin məqsədi düşməni gözlənilməz zərbə ilə darmadağın etməkdir. Ermənilər də əks-zərbə vurmaqla fəal müqavimət göstərəcəklər".

Radio Qarabağ müharibəsində Rusiya faktoruna da diqqəti çəkib.

Elnarə Əlosmanqızı
AzNews.az