Azərbaycanın müharibə veteranları Ermənistana səfər edən Roma papası Fransiskə müraciət ünvanlayıblar. Azərbaycanın müharibə veteranları Ermənistana səfər edən Roma papası Fransiskə müraciət ünvanlayıblar.

Azərbaycanın müharibə veteranlarından Roma papasına - Müraciət

Azərbaycanın müharibə veteranları Ermənistana səfər edən Roma papası Fransiskə müraciət ünvanlayıblar.


AzNews.az xəbər verir ki, İkinci Dünya müharibəsinin iştirakçıları tərəfindən hazırlanan müraciətdə deyilir:

"Roma Papası Zati-müqəddəsləri Fransiskə

Zati-müqəddəsləri,

Yüksək diqqətinizi Ermənistanda baş verən və sizin müqəddəs missiyanıza zidd olan, dinc yanaşı yaşamaq ideyalarına hədə təşkil edən hadisələrə cəlb etmək istəyirik.

Zati-müqəddəsləri,

Azərbaycan və Vatikanın sivilizasiyalararası və dinlərarası dialoq naminə əməkdaşlığın bariz nümunəsinin nümayiş etdirdiyi bir şəraitdə bizimlə qonşu Ermənistanda dövlət səviyyəsində faşist ideyalarının təbliği aparılır.

Hələ ötən il, faşizm üzərində tarixi qələbənin 70 illik yubileyi ərəfəsində biz - II Dünya müharibəsi veteranları Ermənistan tərəfindən Hitler nasizminin tərəfdarlarının qəhrəmanlaşdırılmasına görə məsələ qaldırdıq.

Söhbət nasist cinayətkarlarının təkcə Ermənistanda deyil, beynəlxalq informasiya və mədəniyyət sahəsində təriflənməsindən gedir.

Ürək ağrısı ilə diqqətinizi Ermənistanın Hitler və Himlerə yaxınlaşan erməni cəza legionunun başçıları, Dro Njde generallar kimi tanınan Drastamat Kanayan və Qaregin Ter-Arutyunyanın təmizə çıxarılması üçün bütün vasitələrdən istifadə etdiyinə yönləndirmək istəyirik.

Qısaca xatırladaq ki, Ermənistanın bu "milli qəhrəmanlar"ının vicdanında Ukrayna və Polşada alınan on minlərlə can, yəhudilər və nasist ideologiyası üçün "yararsız" olan digər insnalara qarşı törədilən cinayətlər, Hitler hərbi düşərgələrində kütləvi qətllər var. Erməni legionunun öz hesabatında, təkcə Qərbi Krımda 20 mindən çox dinc əhalinin məhv edilməsi idda edilir.

Bu gün xüsusilə ədəbsiz görünən odur ki, Ermənistanın faşist cinayətkarlarının qəhrəmanlaşdırılması istiqamətindəki "ön cəbhə" qonşu Rusiya ərazisində - faşist əli ilə həlak olmuş milyonlarla insanın xatirəsini yad edən ölkədə açılıb.

İrəvanın mərkəzində faşizm cinayətkarlarının xatirəsinin əbədiləşdirilməsi mərasimində bir il öncə faşizmdən zərər çəkən ölkələrin liderləri ilə birlikdə Moskvada keçirilən Qələbə paradında iştirak edən və bu ilin may ayında Ermənistanda İkinci Dünya müharibəsi qurbanlarının xatirəsini "yad edən" Ermənistan prezidenti Serj Sarkisyan da iştirak edib.

Zati müqəddəsləri,

Bu gün dünya faşizmin istənilən təzahürlərini pisləyir. 2015-ci il dekabrın 17-də BMT Baş Məclisi "Nasizmin qəhrəmanlaşdırılması və neonasizmin, irqçiliyin, ksenofobiyanın, dözümsüzlüyün müasir formaları ilə mübarizə" adlı 70/139 saylı qətnamə qəbul edib.

Sənədin 4-cü bəndində deyilir ki, BMT Baş Assambleyası nasist hərəkatının, neo nasizmin və "Vaffen SS" təşkilatının keçmiş üzvlərinin istənilən formada təriflənməsindən, eləcə də nasist keçmişi, nasist hərəkəti və neo nasizmin təzahürü məqsədilə ictimai nümayişlərin keçirilməsindən, abidələrin və memorialların ucaldılmasından dərin narahatlığını ifadə edir.

Bu qətnaməyə səs vermiş Ermənistanda isə faşizmin sıralarına qoşulmuş, vicdanlarına milyonlarla insanın ölümü yazılmış insanların şəxsiyyəti ətrafında kult yaradılır. Digər dövlətlərdə bu kimi hadisələr olduqda reaksiya verən beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana qarşı hər-hansı reakasiyanın olmaması bizi təəccübləndirir.

Nasist cinayətkarları Dro və Njde haqqında filmlər çəkilən, şərəfinə pul buraxılan ölkənin, Qaregin Njdenin şərəfinə meydan və metro stansiyası tikilən, Drastamat kanayanın adı ilə küçə salınan ölkənin belə hüquqa necə sahib olduğu bizə aydın deyil.

Faşizmlə müharibənin bütün acılarını yaşamış, döyüş yoldaşlarını itirmiş bizlər nasist cinaytəkarlarının qəhrəmanlaşdırılmasını ürək ağrısı ilə izləyirik. Ermənistanın bütün dünyaya meydan oxuyan bu addımları bizi hiddətləndirir. Əminik ki, Siz Ermənistanın simasında faşist ideologiyası kimi ümumi düşmənin yenidən dəb salınması cəhdlərinə qarşı səylərinizi əsirgəməyəcəksiniz. Çox ümid edirik ki, bizim səsimiz zati müqəddəsləriniz tərəfindən eşidiləcək. Ermənistan rəhbərliyinə təsir göstərərək nasist cinayətkarlarının reabilitasiyası və xatirələrinin əbədiləşdirilməsi cəhdlərinin qarşısını almağınızı və xüsusən faşist ordusunun generalı Qaregin Njdenin abidəsinin demontajına nail olmağınızı xahiş edirik.

Azərbaycanın İkinci dünya müharibəsinin bütün veteranları adından hörmətlə və anlaşılmaq ümidilə".

Müraciəti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Dadaş Rzayev,
İkinci Dünya müharibəsinin iştirakçıları – Tofiq Ağahüseynov,
Ağadadaş Səmədov,
Mariya Rzayeva,
Aleksandr Qritçenko,
İsmayıl Fərəcov,
Qara Sarıyev,
Sofiya Cəfərova,
İsmayıl İbrahimov,
Lev Moxin,
Vasili Şevtsov,
Atabala Hacıyev və digərləri imzalayıblar.