“Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir”

"Aydındır ki, Qəbələ RLS Rusiya üçün strateji əhəmiyyətə malikdir və xarici hərbi obyektlərin sizin ərazinizdə yerləşməsi məsələsini həll etmək Azərbaycanın suveren hüququdur.

Bu məsələdə konsensus axtarıb tapmaq lazımdır". APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın "Yediyana Rossiya" Partiyası Ali Şurasının Rəyasət Heyətinin üzvü Andrey Klimov deyib.

O bildirib ki, bu məsələyə üç aspektdən yanaşmaq lazımdır – siyasi, hərbi-texniki və maliyyə: "Mən hesab edirəm ki, bizim çatmaq istədiyimiz "qızıl orta" bu nöqtələrin arasındadır". İkitərəfli əlaqələrin inkişafını şərh edən A. Klimov bu əlaqələrin dinamik inkişaf etdiyini söyləyib: "Bizim münasibətlərimiz daim inkişafdadır və bəzi məqamlarda nümunəvi sayıla bilər".

Qonaq təkcə siyasi və iqtisadi sahələrdə deyil, vətəndaş cəmiyyətləri və gənclər səviyyəsində də əlaqələrin inkişafını vacib sayıb.

AzNews.az