Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdirən zaman Azərbaycanın müdafiə naziri Zakir Həsənov diqqət mərkəzinə düşüb. Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdirən zaman Azərbaycanın müdafiə naziri Zakir Həsənov diqqət mərkəzinə düşüb.

Zakir Həsənov Sərkisyanla yanaşı durmaqdan imtina etdi

Moskvada MDB müdafiə nazirlərinin toplantısının yekununda nazirlər birgə foto çəkdirən zaman Azərbaycanın müdafiə naziri Zakir Həsənov diqqət mərkəzinə düşüb.


AzNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, Azərbaycan müdafiə naziri Zakir Həsənov Ermənistanın müdafiə naziri Vigen Sərkisyanla yanaşı durmaqdan imtina edib və bacardığı qədər onu özündən aralayıb.

Belə ki, protokola görə hər ölkənin müdafiə naziri öz ölkəsinin bayrağı qarşısında dayanmalı idi. Əlifba qaydasına görə Azərbaycan və Ermənistan bayraqları yanaşı qoyulub, nəticədə Zakir Həsənov da istər-istəməz Vigen Sərkisyanla yanaşı dayanıb foto çəkdirməliydi. Z. Həsənov Sərkisyandan uzaq durmaq üçün MDB-nin icraiyyə komitəsinin sədri Sergey Lebedevi kənara sıxışdırıb və nəticədə MDB bayrağı ilə Azərbaycan bayrağı arasında dayanıb, eyni zamanda Sərkisyandan aralanıb.

Erməni mənbələri bildirir ki, bundan əvvəlki toplantılarda da Azərbaycan müdafiə naziri keçmiş nazir Seyran Ohanyandan və Ermənistan bayrağından mümkün qədər aralı durmağa çalışıb.