Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib. Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.

Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv etdi

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib.


Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda K.Abbasovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin, onun və cavabverən orqanın nümayəndələrinin çıxışlarını, ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərara əsasən, R.Həsənov və digərlərinin K.Abbasova qarşı pul tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2016-cı il 21 yanvar tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı və 418.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib.

Bu qərara uyğun olaraq işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq.

Aznews.az