Özbəkistan prezident seçkilərində Şövkət Mirziyoyev qalib gəlib. Özbəkistan prezident seçkilərində Şövkət Mirziyoyev qalib gəlib.

Özbəkistanın yeni prezidenti məlum oldu

Özbəkistan prezident seçkilərində Şövkət Mirziyoyev qalib gəlib.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, seçkilərdə 88,61 faiz səs çoxluğu qazanıb.

Mirziyoyev seçkilərin nəticələrinin onun üzərinə ağır məsuliyyət qoyduğunu bildirib: "Sizin əhval-ruhiyyənizi görürəm, bu, mənə böyük güc verir. Seçkilər böyük siyasi fəallıqla keçdi. 25 il ərzində bir çox işlər görüldü, böyük uğurlara nail olduq. Özbəkistan xalqına dəstəyinə görə minnətdarıq. Bu rəqəmlər mənim üzərinə böyük məsuliyyət qoyur".

Mirziyoyev həmçinin seçkilərdə layiqli iştirakına görə digər namizədlərə təşəkkür edib.

Özbəkistanın birinci Prezidenti İslam Kərimov bu il sentyabrın 2-də vəfat edib. Ölkənin baş naziri Şövkət Mirziyoyev müvəqqəti olaraq prezident səlahiyyətlərini yerinə yetirib.

Aydan AXUNDOVA