Avstriyada prezident seçkilərinin nəticələri məlum olub. Avstriyada prezident seçkilərinin nəticələri məlum olub.

Avstriyanın yeni prezidenti o oldu

Avstriyada prezident seçkilərinin nəticələri məlum olub.


AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yaşıllar partiyasının keçmiş sədri, 72 yaşlı Aleksandr Van der Bellen ölkə prezidenti seçilib.

Avstriya Seçki Komitəsi səsləri hesablayaraq yekun nəticəni elan edib. Bu nəticələrə əsasən, Van der Bellen 53,8 faiz səs toplayaraq rəqibi Norbert Hoferi üstələyib (46,2 faiz).

Avstriyada prezident seçkilərinin ikinci turu dekabrın 4-ü baş tutub. Bu, təkrar mərhələ olub. Belə ki, bu il may ayında keçirilən və Van der Bellenə qələbə qazandıran ikinci turun nəticələri Azadlıq Partiyasının şikayəti əsasında ölkənin Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.

Aydan AXUNDOVA