İstanbulda, Beşiktaş Vodafone Arenanın yaxınlığında baş verən terror hücumuna görə Türkiyədə bir günlük matəm elan olunub. İstanbulda, Beşiktaş Vodafone Arenanın yaxınlığında baş verən terror hücumuna görə Türkiyədə bir günlük matəm elan olunub.

Türkiyədə matəm elan edildi

İstanbulda, Beşiktaş Vodafone Arenanın yaxınlığında baş verən terror hücumuna görə Türkiyədə bir günlük matəm elan olunub.


AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırımın imzasıyla nazirliklərə terror hücumuna görə ölkədə bir günlük matəm elan olunması ilə bağlı göstəriş verilib. Bu gün Türkiyədə bütün bayraqlar yarıya kimi endiriləcək.

Qeyd edək ki,ötən gecə Beşiktaş Vodafone Arenanın yaxınlığında, Beşiktaş-Bursaspor oyununun sonuna yaxın baş verən partlayış nəticəsində 29 nəfər həlak olub, 166 nəfər yaralanıb. Partlayış Maçka parkında polislərin olduğu ərazidə terrorçunun özünü partlatması nəticəsində baş verib.