Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınması Xəzər dənizində baş verən güclü külək və fırtına nəticəsində ciddi gecikmə ilə baş verir. Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınması Xəzər dənizində baş verən güclü külək və fırtına nəticəsində ciddi gecikmə ilə baş verir.

Azərbaycanda 600-dən çox vaqonun hərəkətində ləngimə

Azərbaycan üzərindən Mərkəzi Asiya ölkələrinə tranzit yüklərin daşınması Xəzər dənizində baş verən güclü külək və fırtına nəticəsində ciddi gecikmə ilə baş verir.


"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Gürcüstan Dəmir Yolu" SC-nin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, oktyabrın 20-dən etibarən Xəzər dənizində müşahidə olunan anormal hava şəraiti səbəbindən Azərbaycandan Qazaxıstan istiqamətində daşımalar 16 sutkalıq çətinləşib: "Nəticədə həm Gürcüstanın, həm də Azərbaycanın dəmir yollarında sıxlıq yaranıb. Dekabrın 7-ə olan məlumata əsasən, hər iki ölkənin dəmir yollarında 1045 bərə vaqonu qalıb ki, bundan 602-si Azərbaycan ərazisində, 443-ü isə Gürcüstan ərazisindədir. Rəqəmlər hər gün artım baş verməkdədir".

Bildirilib ki, problemin aradan qaldırılması üçün "Gürcüstan Dəmir Yolu" SC "Azərbaycan Dəmir Yolları" QSC ilə koordinasiyalı şəkildə işləyir.

AzNews.az