İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq. İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Netanyahunun Azərbaycana səfəri zamanı Fələstin məsələsi müzakirə olunacaq

İsrailin baş naziri Benyamin Netanyahunun sabah Azərbaycana nəzərdə tutulan səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq.

Diplomatik mənbələrdən APA-ya məlum olub ki, danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək..

Qeyd edək ki, Azərbaycan beynalxalq hüquqa uyğun olaraq, habelə BMT sənədlərinə əsaslanaraq Fələstinin mövqeyini hər zaman dəstəklədiyini bəyan edib.

B. Netanyahu dekabrın 14-də Azərbaycandan Qazaxıstana yollanacaq.

AzNews.az