Suriya hökuməti Hələb şəhərinə nəzarəti ələ alıb. Suriya hökuməti Hələb şəhərinə nəzarəti ələ alıb.

Hələb azad edildi, sakinlər bayram edir

Suriya hökuməti Hələb şəhərinə nəzarəti ələ alıb.


AzNews.az Report-a istinadən xəbər verir ki, şəhərin sakinləri küçələrə çıxaraq Hələbin silahlılardan azad edilməsi münasibətilə şənlik mərasimi keçiriblər.

Onların bir qismi əllərində prezident Bəşər Əsədin və ölkənin bayraqlarını dalğalandırıblar. Qeyd edək ki, son məlumatlarda şəhərin böyük hissəsinin silahlılardan azad edildiyi bildirilir.

Məlumata görə, hazırda Hələb ərazisinin cəmi 2 faizi – 3 kvadrat kilometrə yaxın hissəsi silahlı qruplaşmaların nəzarəti altındadır.

Artıq şəhərin yaşayış məntəqələrinin minalardan təmizlənilməsi əməliyyatı da başlayıb. Silahlı qruplaşmalar şəhərin azad edilməsi ilə barədə məlumata hər hansı münasibət bildirməyiblər.