İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün region üçün müsbət haldır. İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün region üçün müsbət haldır.

“Bu səfərin Azərbaycan üçün yalnız müsbət tərəfləri ola bilər” - Şərh

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri bütün region üçün müsbət haldır.


Bu barədə Trend-ə siyasi ekspert Arzu Nağıyev deyib.

Ekspertin fikrincə, B.Netanyahunun səfəri zamanı müzakirə ediləcək əsas məsələlərdən biri də İsrail-Fələstin qarşıdurmasında Azərbaycanın rolunun qabardılması olacaq:

"Bu gün Azərbaycan tolerant, multikultural dövlət kimi bu münaqişənin həll olunmasına yardım etməyə hazırdır. İsrail Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Azərbaycan İsraillə dost dövlətlərdir. Azərbaycan və İsrail bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı, hərbi-texniki, nanotexnologiyalar sahələrində sıx əməkdaşlıq edirlər".

A.Nağıyev hesab edir ki, Baş nazirin səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar aparıla bilər: "Ümumiyyətlə, bu səfərin Azərbaycan üçün yalnız müsbət tərəfləri ola bilər".

O əlavə edib ki, bir sıra qonşu ölkələr Azərbaycan-İsrail yaxınlaşmasını o qədər də müsbət dəyərləndirmirlər: "Təbii ki, bu siyahıda Ermənistan birinci sıradadır".

İranın bir sıra rəsmilərinin bu səfərlə bağlı narahatlığına gəlincə isə ekspert qeyd edib ki, Azərbaycanın öz siyasi dəst-xətti var, öz dövlət siyasəti var: "Bu, balanslı siyasətdir. Azərbaycan bütün dövlətlərlə dostluq şəraitində yaşamaq istəyir".

AzNews.az