Son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir. Son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir.

“Erməni hüquq müdafiəçilərinin Bakıya səfərinə milli maraqlar baxımından qiymət verilməlidir” - Politoloq

Son günlər ölkəmizin bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə bir qrup erməni hüquq müdafiəçisinin Bakıya səfərinə, burada onların iştirakı ilə keçirilən tədbirlərə və səsləndirdikləri bəyanatlara tənqidi mövqedən yanaşan yazılar yerləşdirilir.


AzNews.az-a açıqlama verən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistan cəmiyyətində belə təşəbbüslərə qoşulan Vahe Avetyan, Vaan Martirosyan, Suzan Caqinyan kimi ictimai fəallar və siyasətçilərin az olduğu qənaətindədir:

"Bakıda "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneələr və perspektivlər: Ermənistandan və Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirildi. Azərbaycan və Ermənistandan olan tanınmış QHT təmsilçilərinin, ictimai-siyasi xadimlərin və hüquq müdafiəçilərinin qatıldığı bu tədbirdə Dağlıq Qarabağ ətrafındakı 7 rayonun işğaldan azad edilməsi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənməsi, Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşayışı, bölgənin sosial-iqtisadi inkişaf məsələləri barədə fikir mübadiləsi aparıldı, birləşdirici ideyalar səsləndirildi. Konfrans iştirakçıları Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edərək, onları tezliklə sülhə nail olmaq üçün səylərini artırmağa çağırdılar. Həmin müraciətdə münaqişənin ədalətli həlli ilə bağlı Azərbaycanın indiyə qədər irəli sürdüyü prinsip və təkliflərə birmənalı dəstək ifadə olundu. Təqdirəlayiq haldır ki, başlanmış proses davam etdirildi, dekabrın 6-da hər iki ölkədən olan QHT-lər "Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma" adı altında birləşərək, problemin həlli yolunda yeni bir hərəkat yaratdıqlarını bəyan etdilər. Platformanın əsas missiyası Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində tənzimlənməsi prosesinə erməni və Azərbaycan xalqlarının dəstəyini təmin etmək, humanitar faciələrə, irimiqyaslı maddi və mənəvi itkilərə səbəb olan problemin aradan qaldırılmasına yardım göstərməkdir.

Qeyd etmək lazımdır ki, Ermənistan cəmiyyətində belə təşəbbüslərə qoşulan Vahe Avetyan, Vaan Martirosyan, Suzan Caqinyan kimi ictimai fəallar və siyasətçilər hələ ki azdır. Bu insanlar cəsarət və praqmatizm nümayiş etdirərək, heç nədən qorxmadan azərbaycanlı həmkarları ilə birlikdə nəcib bir məqsəd uğrunda mübarizəyə başlayıblar. Unutmaq olmaz ki, erməni hüquq müdafiəçiləri Bakıda olduqları müddətdə Xocalı soyqırımı qurbanlarına ucaldılan abidəni ziyarət etmiş, bu faciədə əli olan Ermənistanın indiki hakimiyyətini "kriminal rejim" adlandırmışlar. Lakin təəssüf ki, bəzi hallarda yalnız Ermənistanın deyil, Azərbaycanın da müəyyən kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə onlara inamsızlıq ifadə edən fikirlər səslənir, həyata keçirilən tədbirlərə adekvat münasibət nümayiş etdirilmir. Hesab edirəm ki, Ermənistanda və onun hüdudlarından kənarda yaşayan ermənilər içərisində belə realist düşüncəli şəxslər nə qədər çox olarsa, Dağlıq Qarabağ münaqişəsi də bir o qədər tez öz həllini tapar."

Ermənistanın keçmiş prezidenti R.Koçaryanın "ermənilərlə azərbaycanlıların genetik cəhətdən uyuşmazlığı" barədə nasist nəzəriyyə irəli sürməsini xatırladan politoloqun sözlərinə görə, hazırki prezident S.Sərkisyanın da onun nəzəriyyəsini başqa aranjemanda inkişaf etdirməyə çalışdığını bəyan edir:

"Belə bir şəraitdə erməni hüquq müdafiəçisinin, ziyalısının Azərbaycana gəlməsi "Qarabağ klanı" başçılarının faşist nəzəriyyəsinin iflasa uğradığını əyani şəkildə göstərir. Digər tərəfdən, Bakıya gələn ermənilər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi adlandırırsa, Azərbaycanın torpaqlarını Ermənistan tərəfindən işğal olunduğunu etiraf edirsə, Xocalı abidəsini ziyarət edirsə, belə ermənilərin Bakıya gəlişinə tamamilə yeni gözlə baxmalıyıq. Ona görə də Azərbaycan cəmiyyətinin bütün təbəqələrini, xüsusilə də siyasətçiləri, jurnalistləri və öz həmkarlarım olan vətəndaş cəmiyyəti fəallarını prosesə həssaslıqla yanaşmağa, atılan addımlara milli maraqlar baxımından qiymət verməyə çağırıram."

AzNews.az