Müsəlman İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. Səfər dekabrın 21-də baş tutacaq. Dekabr ayının son dekadası İran prezidentlərinin səfəri üçün Ermənistana əlverişli tarixdir. Mahmud Əhmədinecatın səfərləri də bu dekadaya düşmüşdü. Xristian dünyası son dekadada siyasətlə yox, yeni il bayramı ilə məşğul olur. Müsəlman İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. Səfər dekabrın 21-də baş tutacaq. Dekabr ayının son dekadası İran prezidentlərinin səfəri üçün Ermənistana əlverişli tarixdir. Mahmud Əhmədinecatın səfərləri də bu dekadaya düşmüşdü. Xristian dünyası son dekadada siyasətlə yox, yeni il bayramı ilə məşğul olur.

Mübariz Əhmədoğlu: İran prezidentinin qəsbkar Ermənistana səfəri işğalçılığı dəstəkləmək mahiyyətlidir

Müsəlman İran İslam Respublikasının prezidenti Həsən Ruhani Ermənistana səfərə gedir. Səfər dekabrın 21-də baş tutacaq. Dekabr ayının son dekadası İran prezidentlərinin səfəri üçün Ermənistana əlverişli tarixdir. Mahmud Əhmədinecatın səfərləri də bu dekadaya düşmüşdü. Xristian dünyası son dekadada siyasətlə yox, yeni il bayramı ilə məşğul olur.


1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu İslam Respublikasının prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə bağlı xəbəri şərh edərkən bildirib:

İsrail baş nazirinin Azərbaycana səfərinə İranın reaksiyaları yadımızdadır.

İsrail qəsbkardır, müsəlman ərəb torpaqlarını işğal edib. İsrailin ərəb müsəlman torpaqlarını işğalında İranın rolu olub. İsrailin işğal etdiyi torpaqlar İrandan məsafəcə uzaqdır. Ermənistan Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan torpaqlarını qəsb edib, oğurlayıb. Ermənistanın bu torpaqları qəsb etməsi, oğurlaması faktdır, Beynəlxalq aləm tərəfindən sübut olunub, BMT-nin sənədləri var, ATƏT-in Minsk Qrupu həmsədrlərinin dəfələrlə yaydığı bəyanatları var. İran da bilir ki, Qarabağ torpağı tarixən heç vaxt Ermənistana aid olmayıb. Ermənistan İran-Azərbaycan sərhədinin böyük bir qismini qəsb edib. Azərbaycan və Ermənistan İranla birbaşa sərhəd qonşularıdır. Azərbaycan İran kimi şiə müsəlman dövlətidir.

"Qəsb" və "Oğurluq" və terminlərini məxsusi olaraq işlədirik. Çünki İslam dinində, Quran-Kərimin ayələrində, müqəddəs hədislərdə "işğal" termininə nisbətən "qəsb" və "oğurluq" terminləri daha çox istifadə olunur. Həm qəsbkara, həm də oğruya qarşı xüsusi cəzalar mövcuddur. Ermənistan qəsbkar və oğrudur. İran özünü İslam dininin keşikçisi kimi təqdim edir, bir yandan da qəsbkarla qardaşlıq edir.

İranın qəsbkar Ermənistana qardaş olması heç kəsdə şübhə doğurmur. İran müstəqillik illərində Ermənistana 2 milyard dollardan çox yardım edib.

İran Ermənistan üçün xilaskar, həyat yolu olub. Bunu biz yox, Ermənistan prezidentlərinin özləri etiraf ediblər. Sonuncu dəfə 2008-ci ildə Cənubi Osetiyada 5 gün davam edən müharibədə Ermənistanda benzin və ərzaq qıtlığı yarandı. İran həm neft həm də ərzaq məhsulları ilə Ermənistana yardım etdi. Heç bir müqavilə, sənəd imzalanmadan İran Ermənistana yardım etdi. Belə yardımı ancaq qardaş edə bilər.

İran qəsbkar Ermənistana silahla, hərbi vasitələrlə yardım edib. 2011-ci ildə İranın Tehran- Yerevan marşrutu ilə uçan sərnişin təyyarəsi qəzaya uğradı. Bəlli oldu ki, ölənlərdən 10 nəfəri İran hərbiçiləridir. Hava hücumundan müdafiə üzrə mütəxəssis olan bu yüksək rütbəli iranlı hərbçilər Ermənistanda Hava hücumundan müdafiə sistemlərini yenidən qurmaq istəyirdilər. Bu onların Ermənistana 3-cü səfəri imiş. Amma qəza bu məsələyə imkan vermədi. Hər halda qəsbkar Ermənistanın qəsb alətini, yəni ordusunu möhkəmləndirməsini İslam prinsipləri ilə izah etmək mümkün deyil. İran Ermənistana hərbi yardım edəndə Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın izi-tozu yox idi. İsrail Baş naziri və prezidenti Azərbaycana səfər etməmişdi.

İran prezidentinin səfəri ərəfəsində Avropadan yüklərin Ermənistan ərazisi vasitəsilə multimodal yükdaşımasının testi aparıldı. Loqistika üzrə ən təcrübəsiz mütəxəssis də bilirdi ki, bu yolla yüklərin daşınması İran üçün həm vaxt həm də tarix baxımından sərfəli deyil. Amma İran bu testə getdi. Möcüzə olmadı. İran prezidentinin Ermənistana səfəri ərəfəsində İrandan Ermənistana qaz tranziti barədə memorandum imzalandı. Bu İranın Ermənistana xüsusi münasibətinin göstəricisidir. Çünki Ermənistandan heç bir dövlətə, o cümlədən Gürcüstana qaz nəql edən kəmər yoxdur. Amma bunu bilə-bilə İran Ermənistana siyasi dəstək verməsi ilə belə bir müqaviləni imzaladı.

İran-Ermənistan dəmir yolunun tikilməməsinin səbəbi İranın maliyyə vəsaitinin olmamasıdır.

İranın Dağlıq Qarabağ tənzimləməsində mövqeyi Ermənistanın mövqeyinin eynisidir; Ermənistan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əleyhinədir. İran da Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin əleyhinədir. İran arada ərazi bütövlüyü prinsipindən danışır. İndi Ermənistan da ərazi bütövlüyü prinsipindən danışır. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Dağlıq Qarabağın Ermənistandan alınıb Azərbaycana qaytarılması deməkdir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi Azərbaycanın digər işğal olunmuş ərazilərinin Azərbaycana qaytarılması deməkdir. Bu isə Ermənistanın indikindən daha da zəifləməsi, Azərbaycanın isə güclənməsi deməkdir. Ona görə İran heç vaxt bu addıma gedə bilməz. Ona görə İranın Dağlıq Qarabağ münaqişəsi regionunun yeganə qonşusu olmasına baxmayaraq bu imkanlarından Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi üçün istifadə etməyib, etmir və etməyəcək.

İran Dağlıq Qarabağ tənzimlənməsinə bir neçə dəfə vasitəçilik etmək istəyib. Azərbaycan heç vaxt İranın vasitəçilik missiyasını rədd etməyib. Amma 3 dəfə İranın vasitəçilik missiyasına razılıq verib. Birinci dəfə razılıq verəndə Şuşa işğal olundu. Şuşa işğal olunduqdan sonra İran Ermənistanla münasibətlərini nəinki azaltdı, əksinə bir az da artırdı. 2 dəfə isə Azərbaycan rəsmən İranın vasitəçilik missiyasına razılıq verməsinə baxmayaraq İranın vasitəçilik missiyası alınmayıb. Çünki Ermənistan İranın vasitəçilik missiyasını qəbul etməyib. Hər dəfə Ermənistan İranın vasitəçilik missiyasını qəbul etməyəndə İran narahat olub və Ermənistana əlavə yardımlar edib.

İran rəsmi adına görə İslam dövlətidir, əmr-be məruf və nəhy əz münkər prinsiplərindən Azərbaycana qarşı geniş istifadə edir. O baxımdan bəlli olur ki, əmr-be məruf və nəhy əz münkər prinsipinin əleyhdarı və tərəfdarı kimdir.

Dağlıq Qarabağ münaqişəsinin yeganə qonşusu olması və İranın parametrlərinin Ermənistan və Azərbaycandan dəfələrlə çox olması İranı Dağlıq Qarabağ münaqişəsini istər dinc, istər hərbi yolla tənzimlənməsində ən real qüvvəyə çevrilə bilər. İran bir neçə saatın ərzində bu münaqişəni tənzimləyə bilər. Amma İran bunu etmir. Çünki bu Azərbaycanın xeyirinədir.

İsrail rəhbərləri Azərbaycanda 3 dəfə qısa müddətli səfərdə olub. Azərbaycan prezidentləri heç vaxt İsraildə səfərdə olmayıb. İran prezidentləri Ermənistanda 6-7 dəfə bir bu qədər də Ermənistan prezidentləri İranda səfərdə olublar. Azərbaycanın İsraildə səfirliyi yoxdur. Amma İranın Ermənistanda səfirliyi var və tam gücü ilə fəaliyyət göstərir. Ona görə Azərbaycanın İsraillə əlaqələrinə İranın verdiyi reaksiya məhz antiAzərbaycançılıq prizmasından başa düşülməlidir.

AzNews.az