Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib. Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib.

Ankarada silahlı hücumda yaralanan Rusiya səfiri öldü - Yenilənib

Türkiyədə Rusiyanın səfiri Andrey Karlova silahlı hücum edilib.


AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, 62 yaşlı diplomat Ankarada fotosərginin açılışı zamanı güllə yarası alıb. Nəticədə həyatını itirib.

Rusiyanın Xarici İşlər Nazirliyi Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun ölümünü təsdiq etdi. Nazirlik bu hücumu terror aktı kimi qəbul edib.

Bu haqda "Rusiya 24" telekanalının efirində Nazirliyin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Biz terrorizmlə qətiyyətlə mübarizə aparacağıq."

Türkiyə tərəfi hələki bu barədə rəsmi açıqlama yaymayıb.