Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Vladimir Putindən İlham Əliyevə ad günü - Təbriki

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24- də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


AzNews.az Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir ki, Vladimir Putin Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə ona dövlətçilik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək inkişafının müxtəlif istiqamətləri ilə bağlı məsələlər müzakirə olunub.